» » » Flaqman "Qəbələ" ilə oyuna hazırlığını davam edir

Flaqman "Qəbələ" ilə oyuna hazırlığını davam edir

"Neftçi” Topaz Premyer Liqasının 27-ci turunda qarşılaşacağı "Qəbələ” klubu ilə oyunun hazırlığını davam etdirir. Komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah da bir məşqlə davam etməsi nəzərdə tutulub.

Xatırladaq ki, mayın 5-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyunu saat 18:00-da başlanacaq.
95     
Reklam

Reklam