» » » SON DƏQİQƏ! AFFA-dan ağır cəza: İki klub Region Liqasından kənarlaşdırıldı

SON DƏQİQƏ! AFFA-dan ağır cəza: İki klub Region Liqasından kənarlaşdırıldı

AFFA İntizam Komitəsi az öncə Region Liqasının  Region Liqasının II play off mərhələsinin cavab oyunu olan "Füzuli” – "FC Baku” qarşılaşması ilə əlaqədar öz qərarını açıqlayıb.
 
Premyer.az Qərarı oxucuların diqqətinə çatdırır:
 
6 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Region Liqasının II play off mərhələsinin cavab oyunu olan "Füzuli” – "FC Baku” matçından sonra "Füzuli” klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb.
 
Müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb və araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq
"Füzuli” və "FC Baku” klubları cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılır. Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, "Füzuli” və "FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.
377     
Reklam

Reklam