» » » EKSKLÜZİV! Anar Babayev Tailandın "Toyota Cup" turnirində də fərqləndi - VİDEO, FOTOLAR

EKSKLÜZİV! Anar Babayev Tailandın "Toyota Cup" turnirində də fərqləndi - VİDEO, FOTOLAR

EKSKLÜZİV! Anar Babayev Tailandın "Toyota Cup" turnirində də fərqləndi - VİDEO, FOTOLARTailand çempionatının IV Divizionunun "Singburi Bangrajun" FC komandasında çıxış edən həmyerlimiz Anar Babayev, bu ölkənin "Toyota Cup" turnirində də uğurlu debüt edib. 
EKSKLÜZİV! Anar Babayev Tailandın "Toyota Cup" turnirində də fərqləndi - VİDEO, FOTOLAR 
Premyer.az Eksklüziv olaraq xəbər verir ki, Tailand Kuboku ilə paralel keçirilən "Toyota Cup" turnirinin Play Off mərhələsində, Anar Babayevin şərəfini qoruduğu "Singburi Bangrajun" FC komandası, özündən daha güclü olan - İkinci Liqa təmsilçisi "Ayutthaya United" FC komandası ilə qarşılaşıb. Oyunun əsas hissəsi 2:2 hesabı ilə bitdiyi üçün, qalib əlavə olunmuş vaxtda müəyyənləşib. 5:3 hesabı ilə bitən qarşılaşmada, İkinci Liqa təmsilçisi, 1/16 finala vəsiqə qazanıb.
EKSKLÜZİV! Anar Babayev Tailandın "Toyota Cup" turnirində də fərqləndi - VİDEO, FOTOLAR 
Qeyd edək ki, həmyerlimiz bu oyunda növbəti qoluna imza ataraq, oyundan sonra komandanın baş məşqçisi tərəfindən tərifə layiq görülüb. Ölkə çempionatındakı oyunları da nəzərə alsaq, Anar Babayev artıq ardıcıl 5-ci oyunda qollarını sıralayır.
 
Rauf İskəndərov / Premyer.az 

EKSKLÜZİV! Anar Babayev Tailandın "Toyota Cup" turnirində də fərqləndi - VİDEO, FOTOLAR
179     
Reklam

Reklam