» » » Kilian Mbappe tarixə düşdü!

Kilian Mbappe tarixə düşdü!

Kilian Mbappe tarixə düşdü!Fransa Liqa1-nin XXXIII turunda "Monako"nu məğlub edən PSJ çempionluğunu rəsmiləşdirib.
Parislilərin 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada het-trikə imza atan Kilian Mbappe tarixə düşüb.
20 yaşlı forvard cari mövsüm daxili birincilikdə qollarının sayını 30-a çatdırıb. Mbappe bununla Fransa çempionatında 30 qol həddinə çatan ən gənc futbolçu olub.
O, "Nitsa", "Sent-Etyenn" və "Şatoru"nun formasını geyinmiş, 7 dəfə ölkə çempionu olmuş keçmiş forvard Erve Revellinin rekordunu yeniləyib.
Mbappe həmçinin bir mövsümdə ən çox qol vuran fransalı Tyerri Anrinin rekordunu təkrarlayıb. O, cari mövsüm bütün turnirlərdə 40 matçda iştirak edib, 36 qol, 17 assistlə yadda qalıb.
109     
Reklam

Reklam