» » » EKSKLÜZİV! "Füzuli" - "FC Baku" oyunu və Region Liqasının Finalı ilə əlaqədar AFFA rəsmisindən AÇIQLAMA

EKSKLÜZİV! "Füzuli" - "FC Baku" oyunu və Region Liqasının Finalı ilə əlaqədar AFFA rəsmisindən AÇIQLAMA

Daha öncə də xəbər verdiyimiz kimi, Region Liqasının II play-off mərhələsi çərçivəsində 06.04.2019-cu il tarixində keçirilmiş "Füzuli” – "FC Baku” oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya daxil olmuş məlumat nəzərə alınaraq, liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan "FC Baku” – "Şahdağ” oyunu Region Liqasının İşçi Qrupunun 19.04.2019-cu il tarixli qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınmışdı.
 
Məsələ ilə bağlı Premyer.az saytının müxbiri AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevə müraciət edib.
 
AFFA rəsmisi müxbirimizin bəzi suallarını cavablandırıb.
 
-  Yusif müəllim, məlum "Füzuli" - "FC Baku" oyunu ilə əlaqədar hal-hazırda vəziyyət nə yerdədir? Region Liqasının İşçi Qrupu məsələ ilə bağlı hər-hansı bir qərar verib mi?
- Məsələ hal-hazırda araşdırma mərhələsində olduğundan, hələ ki hər-hansı bir məlumat verilmir. 
 
- İşçi qrupunun verəcəyi qərarın nəticəsindən asılı olmayaraq, turnirin final oyunu dəqiq keçiriləcək mi?
- Təbii ki, bu mövsüm Region Liqasına yekun vurulacaq.
 
- Final oyunun təxmini keçiriləcəyi tarix bəllidir mi?
- Lakin hazırki araşdırma bitdikdən və rəsmi açıqlama verildikdən sonra, final oyununun vaxtı haqqında qərar qəbul ediləcək. 
 
Rauf İskəndərov / Premyer.az
409     
Reklam

Reklam