» » » REGİON LİQASININ İLK FİNALÇISI MÜƏYYƏNLƏŞDİ - FOTOLAR, VİDEO

REGİON LİQASININ İLK FİNALÇISI MÜƏYYƏNLƏŞDİ - FOTOLAR, VİDEO

REGİON LİQASININ İLK FİNALÇISI MÜƏYYƏNLƏŞDİ - FOTOLAR, VİDEOBu gün Region Liqasının yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Binə qəsəbə stadionunda "Araz-Naxçıvan" komandası ilə, Sumqayıtın "Uğur" komandası bir araya gəlib.
 
Premyer.az saytının oyuna ezam olunmuş müxbiri xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində, meydan sahibləri Anar Ağayevin qolu ilə hesabda irəli çıxıb. İlk hissə 1:0 hesabı ilə başa çatıb. İkinci hissədə də naxçıvanlılar müqavimət göstərsə də, ilk öncə Ülvi Dadaşov hesabı 2:0-a, daha sonra isə Vüqar Nadirov meydanın ortasından birbaşa qapıya vurduğu gözəl zərbə ilə, hesabı 3:0-a çatdırıb.
 
"Araz-Naxçıvan" komandası oyun boyu bir neçə dəfə Samir Quliyevin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsa da, qol epizodlarını reallaşdıra bilməyib. Beləliklə də, oyunda 3:0 hesabı ilə inamlı qələbə qazanan sumqayıtlılar, ötən mövsüm olduğu kimi, bu mövsüm də adlarını finala yazdırmağı bacarıb.
 
"Füzuli" FK, "Şahdağ" FK və "FC Baku" komandalarının baş məşqçiləri də oyunu izləyənlər arasında olub.
 
Qeyd edək ki, qeyri-müəyyən müddətə təxirə salınan digər yarımfinal oyunu ilə əlaqədar ("Şahdağ" - "FC Baku") AFFA hələ ki yekun qərarını verməyib.
 
REGİON LİQASI
1/2 final 

"Araz" (Naxçıvan) 0-3 "Uğur" (Sumqayıt) 
Tarix: 22.04.2019
Yer: Binə Qəsəbə stadionu
Qollar: Anar Ağayev, Ülvi Dadaşov, Vüqar Nadirov.
 
Rauf İskkəndərov / Premyer.az / Binə qəsəbə stadionu
 
[video=]

538     
Reklam

Reklam