» » » "Sabah" 0-2 "Neftçi" oyununda gərgin anlar yaşandı.. FOTO, VİDEO

"Sabah" 0-2 "Neftçi" oyununda gərgin anlar yaşandı.. FOTO, VİDEO

"Sabah" 0-2 "Neftçi" oyununda gərgin anlar yaşandı.. FOTO, VİDEOBu gün Topaz Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş "Sabah" 0:2 "Neftçi" qarşılaşmasında gərgin anlar yaşanıb.
 
Premyer.az xəbər verir ki, oyunun ikinci hissəsində (Red: 56-cı dəqiqədə), hesab 0:0 olarkən, meydan sahiblərinin futbolçusu Novruz Məmmədov Baqali Daboya qarşı kobud oynadığına görə, oyunun baş hakimi Rövşən Rəcəbov tərəfindən ikinci sarı və qırmızı vərəqə ilə cəzalandırılaraq, meydandan kənarlaşdırılıb. Məhz bundan sonra oyunda gərgin anlar yaşanıb. 
 
Baş vermiş epizod stadiona toplaşmış çox saylı "Neftçi" azarkeşlərinin və komandanın baş məşqçisi Roberto Bordinin və futbolçuların kəskin etirazına səbəb olub. Nəticədə oyunun baş hakimi meydanın kənarına yaxınlaşaraq, italyan mütəxəssisə şifahı xəbərdarlıq edib (Red: videonu izlə). 
 
Bir neçə dəqiqəlik məcburi fasilədən sonra oyun davam etdirilib və iki qol vuran qonaqlar oyunda 2:0 hesablı vacib qələbə qazanıb.
 
Video: Rauf İskəndərov / Premyer.az
 


"Sabah" 0-2 "Neftçi" oyununda gərgin anlar yaşandı.. FOTO, VİDEO
"Sabah" 0-2 "Neftçi" oyununda gərgin anlar yaşandı.. FOTO, VİDEO
143     
Reklam

Reklam