» » » "Onları tanıyaq" rubrikasında - UEFA-nın "A" kateqoriyalı məşqçisi Fizuli Məmmədov (FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - UEFA-nın "A" kateqoriyalı məşqçisi Fizuli Məmmədov (FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - UEFA-nın "A" kateqoriyalı məşqçisi Fizuli Məmmədov (FOTOLAR)"Onları tanıyaq" rubrikasının növbəti qonağı, "A" kateqoriyalı UEFA məşqçisi, Azərbaycanın tanınmış futbol siması, Millimizin sabiq futbolçusu, Ukrayna və İranda legioner həyatı yaşamış - Fizuli Məmmədovdur. 
 
Fizuli Məmmədov 9 sentyabr 1977-ci ildə, Qərbi Azərbaycanın Masis rayonunda anadan olub. 1984-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Futbolla uşaq yaşlarında, Kazbek Tuayevin futbol məktəbində, Valeriy Nikiforovun başçılığı altında məşğul olmağa başlayıb. 

Professional futbolçu karyerasına 1993-cü ildə, 15 yaşındaykən, Yüksək Liqanın "Azərneftyağ" komandasında başlayıb. Daha sonralar - "Neftçi", MOİK, "ANS Pivani", "Turan", "Şəfa", "Xəzər Lənkəran", "Simurq", "Olimpik", "Karvan" və "Neftçala" komandalarında çıxış edib. Bu komandaların heyətində dəfələrlə Azərbaycan çempionu və Kubokun sahibi olub.
 
Legioner həyatı yaşayərkən, Ukraynanın "Prikarpatye" və İranın "Maşın Sazi" komandalarının şərəfini qoruyub.
 
Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarında və Milli yığma komandamızda forma geyinib.
 
Məşqçilik karyerası ərzində - "Rəvan", "Zirə", "İnter", "Səbail" və "Neftçi" komandalarında məşqçilik edib. Hal-hazırda flaqmanın heyətində baş məşqçinin birinci koməkçisi vəzifəsində çalışır. 
 
Məşqçi olaraq - 26 dekabr 2012-ci il tarixində UEFA-nın "C" kateqoriyasını, 4 noyabr 2013-cü il tarixində "B" kateqoriyasını, 14 dekabr 2017-ci il tarixində isə, "Pro" kateqoriyasına keçid qiymətlə, "A" kateqoriyasını alıb. 
 
Evlidir, 3 övlad atasıdır. 
 
Aşağıdakı linkə daxil olaraq, Fizuli Məmmədovun karyerası haqqında daha ətraflı məlumatlarla tanış ola bilərsiniz.
 
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BC%D0%B5%D 
 
Wikipedia-dakı yazının və Fotonun müəllifi - Rauf İskəndərov
Автор статьи и фотографии в Википедии - Рауф Искендеров.

"Onları tanıyaq" rubrikasında - UEFA-nın "A" kateqoriyalı məşqçisi Fizuli Məmmədov (FOTOLAR)
"Onları tanıyaq" rubrikasında - UEFA-nın "A" kateqoriyalı məşqçisi Fizuli Məmmədov (FOTOLAR)
"Onları tanıyaq" rubrikasında - UEFA-nın "A" kateqoriyalı məşqçisi Fizuli Məmmədov (FOTOLAR)
"Onları tanıyaq" rubrikasında - UEFA-nın "A" kateqoriyalı məşqçisi Fizuli Məmmədov (FOTOLAR)
269     
Reklam

Reklam