» » » 78 yaşlı Pele sağ və salamatdır! TƏKZİB

78 yaşlı Pele sağ və salamatdır! TƏKZİB

78 yaşlı Pele sağ və salamatdır! TƏKZİBFransa mətbuatı, dünən Twitter-də Pelenin qohumu olduğunu iddia edən bir şəxs tərəfindən paylaşılan, daha sonra bir çox dünya kütləvi informasiya vasitələri tərəfindən yayımlanan, əfsanəvi futbol ulduzunun ölüm haqqında xəbərini təkzib edib. 
 
Pelenin nümayəndəsinə istinadən bildirilir ki, 14 gün öncə Braziliyada əməliyyat olunan, daha sonra Fransa klinikalarının birində müalicəsini davam etdirən 78 yaşlı Pele, hal-hazırda vətəni Braziliyada, San Pauludakı evindədir və özünü yaxşı hiss edir. 
 
Qeyd edək ki, Pele, futbol tarixində 3 dəfə dünya çempionu olmuş (1958, 1962 və 1970-ci illər) yeganə futbolçudur. Diyeqo Maradona ilə birlikdə, Pele XX əsrin ən yaxşı futbolçusu sayılır.
112     
Reklam

Reklam