» » » Premyer Liqaya vəsiqə qazanan Birinci Divizion təmsilçisi müəyyənləşdi!

Premyer Liqaya vəsiqə qazanan Birinci Divizion təmsilçisi müəyyənləşdi!

Premyer Liqaya vəsiqə qazanan Birinci Divizion təmsilçisi müəyyənləşdi!MOİK 2019/20 mövsümü üçün Premyer Liqaya vəsiqəni təmin edib. Bu, I divizionun XXII turunda rəsmiləşib.

Aşağı liqanın lideri bu gün keçirilən matçda "Keşlə-2”ni məğlubiyyətə uğradıb – 2:1. Qalib komandanın heyətində qollara Orxan Həsənov və İbrahim Qədirzadə imza atıb. Bununla da "hərbçilər” 22 turdan sonra xal hesabını 56-ya çatdırıb.
Çempionatın əsasnaməsinə görə, I divizionda ikinci komandalar istisna olmaqla, ən yüksək yer tutan komanda Premyer Liqaya vəsiqə qazanır.

MOİK-in ən yaxın izləyiciləri isə ikinci komandalardır. Bunlar "Sumqayıt-2” və "Neftçi-2”dir ki, əvəzedicilər yüksək dəstəyə vəsiqə ala bilməz.

Bu turadək yeganə vəsiqə uğrunda mübarizədə MOİK-in əsas rəqibi "Zaqatala” idi. Bu oyunadək 4-cü sırada qərarlaşan komanda "Ağsu”nu 4:2 hesabı ilə yenib. Lakin MOİK-in qələbəsindən sonra iki komanda arasında xal fərqi 14-ə çatıb. Mövsümün sonuna 4 tur qaldığından zaqatalalılar Premyer Liqa şansını itiribsə, paytaxt təmsilçisi dəfələrlə yüksəldiyi elitaya yenidən vəsiqə qazanıb.
223     
Reklam

Reklam