» » » REGİON LİQASI: Play Off iştirakçıları yoldaşlıq oyununda bir araya gələcək - EKSKLÜZİV

REGİON LİQASI: Play Off iştirakçıları yoldaşlıq oyununda bir araya gələcək - EKSKLÜZİV

Region Liqasının yarımfinal mərhələsinə hazırlaşan Sumqayıtın "Uğur" komandası, yoldaşlıq oyununu keçirəcək.
 
Premyer.az saytının əldə etdiyi Eksklüziv məlumata əsasən, ilk mövsümün qalibi olan sumqayıtlıların rəqibi - II Play Off mərhələsində (1/4 finalda) "FC Baku"ya gərgin mübarizədə məğlub olan "Füzuli" komandasıdır.
 
13 aprel 2019-cu il tarixində "Bayıl Arena"da baş tutacaq oyun, saat 20:30-da start götürəcək.
 
Rauf İskəndərov / Premyer.az
435     
Reklam

Reklam