» » » REGİON LİQASI: Hakimi döyən məşqçi və hakimlərə tüpürən futbolçu cəzalandırıldı - QƏRAR

REGİON LİQASI: Hakimi döyən məşqçi və hakimlərə tüpürən futbolçu cəzalandırıldı - QƏRAR

REGİON LİQASI: Hakimi döyən məşqçi və hakimlərə tüpürən futbolçu cəzalandırıldı - QƏRAR
Bu gün keçirilən AFFA İntizam Komitəsinin İclasında Region Liqasının II Play Off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilmiş "Füzuli” – "Bakı” qarşılaşması ilə əlaqədar bir sıra qərarlar verilib. 
 
Premyer.az qərarları diqqətinizə çatdırır:

6 aprel 2019-cu il, Region Liqasının "Füzuli” – "Bakı” matçının 68-ci dəqiqəsində "Füzuli” klubunun məşqçisi Xəqani Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılarkən hakimə qarşı fiziki təsir göstərdiyinə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırılır (maddə 38.7).
Oyun başa çatdıqdan sonra "Füzuli” klubunun 6 №-li futbolçusu Habib Məmmədli hakimlər briqadasını təhqir edərək tüpürdüyünə görə futbolçu 6 oyun cəzalanır (maddə 38.6).
367     
Reklam

Reklam