» » » REGİON LİQASI: AFFA-dan "Energetik" komandasına cəza yağışı - QƏRAR

REGİON LİQASI: AFFA-dan "Energetik" komandasına cəza yağışı - QƏRAR

REGİON LİQASI: AFFA-dan "Energetik" komandasına cəza yağışı - QƏRARBu gün keçirilən AFFA İntizam Komitəsinin İclasında Region Liqasının II Play Off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilmiş "Uğur” (Sumqayıt) – "Energetik” (Mingəçevir) qarşılaşması ilə əlaqədar bir sıra qərarlar verilib. 
 
Premyer.az qərarları diqqətinizə çatdırır:
 
6 aprel 2019-cu il, Region Liqasının "Uğur” (Sumqayıt) – "Energetik” (Mingəçevir) matçının 90+5-ci dəqiqəsində "Energetik” klubunun 2 №-li futbolçusu Elvin Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
Oyunun 24-cü dəqiqəsində "Uğur” klubunun məşqçisi Tural Salmanzadə texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır  (maddə 62).
Oyunun birinci hissəsi başa çatdıqdan sonra "Energetik” klubunun məşqçisi Samir Məmmədov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.3).
Oyun başa çatdıqdan sonra "Energetik” klubunun 19 №-li futbolçusu Kamran Lalayev və 6 №-li futbolçusu Habib Məmmədli hakimlər briqadasını təhqir etdiyinə görə hər iki futbolçu 4 oyun cəzalanır (maddə 42.3).
 
Foto: Rauf İskəndərov / Premyer.az
446     
Reklam

Reklam