» » » Region Liqası, II Play Off mərhələsi: "FC Baku"dan Füzulidə əzmkar qələbə - VİDEO

Region Liqası, II Play Off mərhələsi: "FC Baku"dan Füzulidə əzmkar qələbə - VİDEO

Region Liqası, II Play Off mərhələsi: "FC Baku"dan Füzulidə əzmkar qələbə - VİDEO Bu gün Region Liqasının II Play Off mərhələsinin cavab qarşılaşmaları keçirilib. Premyer.az xəbər verir ki, "FC Baku" Horadizdə "Füzuli" komandasının qonağı olub. 
 
Bir həftə öncə Bakıda keçirilmiş ilk qarşılaşmadakı 1:1-lik nəticədən sonra, "FC Baku"nu cavab oyununda yalnız qələbə qane edirdi. Emin Mustafayevin ilk hissədə penalti zərbəsindən vurduğu yeganə qol (Red: videoya bax) bakılıları öz arzusuna çatdırıb. Beləliklə də, bu oyunda 1:0 hesablı çətin və əzmkar qələbə qazanan, Bakı təmsilçisi, adını Region Liqasının 1/2 finalına yazdırıb. 
 
REGİON LİQASI
II Play Off mərhələsi, cavab qarşılaşması
6 aprel 2019 (şənbə)
 
"Füzuli" – "FC Baku" 0:1 (ilk oyun 1:1)
Horadiz Olimpiya İdman Kompleksi.
Qol: Emin Mustafayev (pen.)
 
Rauf İskəndərov / Premyer.az
 
[video=]
507     
Reklam

Reklam