» » » "ZONA45" "Energetik" komandasını Sumqayıtda tək qoymayacaq

"ZONA45" "Energetik" komandasını Sumqayıtda tək qoymayacaq

"ZONA45" "Energetik" komandasını Sumqayıtda tək qoymayacaqRegion Liqasının II Play Off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində sabah Sumqayıtda "Uğur" komandası ilə qarşılaşacaq "Energetik" komandası, səfərdə dəstəksiz qalmayacaq.
 
Premyer.az xəbər verir ki, komandalarını dəstəkləmək üçün 45 nəfər azarkeş, sabah səhər saat 7 tamamda, "ZONA45" fan qrupunun təşkilatçılığı ilə xüsusi avtobusla Sumqayıta yola düşəcək. Kimyaçılar şəhərində onlara, daha 50-yə yaxın Mingəçevirli azarkeş qoşulacaq. Beləliklə də, Kapital Bank Arenada "Energetik" komandasını 100-ə yaxın azarkeş dəstəkləyəcək. 
 
REGİON LİQASI
II Play Off mərhələsi, cavab qarşılaşmaları
6 aprel 2019 (şənbə)
 
"Uğur" (Sumqayıt) – "Energetik" (Mingəçevir)
(ilk oyun 1:3)
Kapital Bank Arena. Saat 13:30
 
Rauf İskəndərov / Premyer.az
380     
Reklam

Reklam