» » » I Divizion, XXI tur: "Hərbçilər"dən əsl hərbçi əzmkarlığı - VİDEO

I Divizion, XXI tur: "Hərbçilər"dən əsl hərbçi əzmkarlığı - VİDEO

I Divizion, XXI tur: "Hərbçilər"dən əsl hərbçi əzmkarlığı - VİDEOFutbol üzrə Azərbaycan I divizionunda XXI turun oyunlarına start verilib. Divizionun lideri MOİK hesabat turunda "Qarabağ-2” ilə qarşılaşıb.

Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə komandamız əzmkar qələbə qazanıb. İlk hissəni minimal hesabla məğlub başa vuran "hərbçilər" ikinci hissədə yüksək əzmkarlıq nümayiş etdiriblər. Əvvəlcə ardıcıl 6-cı oyunda fərqlənən Raul Yaqubzadə hesabı bərabərləşdirib. Görüşün sonlarında isə baş məşqçi Azər Bağırovun sonradan meydana buraxdığı Bahadur Həziyev adını tabloya yazdıraraq MOİK-ə ardıcıl 8-ci qələbəni qazandırıb.

Azər Bağırovun yetirmələri əsas rəqibi "Sumqayıt-2”nin xal itkisində də istifadə edərək zirvədəki mövqeyini möhkəmləndirib. İndi "hərbçilər” sona 5 tur qalmış MOİK ən yaxın rəqibini 6 xal qabaqlayır.

Komanda növbəti oyununu aprelin 12-də "Keşlə-2”yə qarşı keçirəcək.

MOİK – "Qarabağ-2” 2:1
Qollar: Raul Yaqubzadə, 65; Bahadur Həziyev, 81 // Cavid Bayramov, 24
MOİK: 1. İsmayıl Muradov, 17. Yamin Ağakərimzadə (10. Orxan Həsənov, 46), 38. Mübarək Şaquliyev (k), 9. Raul Yaqubzadə, 3. Nicat Əskərov (14. İlqar Ələkbərov, 68), 98. Ümid Şükürlü, 20. Abbas Ağazadə, 6. Faiq Hacıyev, 79. Əli Sadıxov (99. Bahadur Həziyev, 60), 42. İbrahim Qədirzadə, 88. Cavidan Rəhimli.
Ehtiyat oyunçular: 94. Fərid Ağayev, 12. Yunis Abbaslı, 77. Fuad Məmmədzadə, 19. Vüsal Nağıyev, 4. Əli Əliyev, 70. Ceyhun Muxtarlı, 22. İlkin Həsənli, 13. Rəvan Babazadə.
Baş məşqçi: Azər Bağırov.
262     
Reklam

Reklam