» » » Region Liqası, II Play Off mərhələsi: "FC Baku" Qarabağa yollandı

Region Liqası, II Play Off mərhələsi: "FC Baku" Qarabağa yollandı

Region Liqası, II Play Off mərhələsi: "FC Baku" Qarabağa yollandıRegion Liqasının II Play Off mərhələsinin cavab oyunları çərçivəsində "Füzuli" komandası ilə qarşılaşacaq "FC Baku", bu gün günorta saatlarında, oyunun keçiriləcəyi Füzuli rayonunun Horadiz qəsəbəsinə yola düşüb.
 
Premyer.az xəbər verir ki, oyun öncəsi dünən Bakıda son məşqinə çıxan bakılılar, ilk oyunda qeydə alınan 1:1 hesablı heç-heçənin əvəzini çıxmağa çalışacaq. 
 
Qeyd edək ki, sabah, 6 aprel tarixində, Horadiz Olimpiya İdman kompleksinin stadionunda baş tutacaq cavab qarşılaşması, saat 13:00-da start götürəcək. 
 
Rauf İskəndərov / Premyer.az
189     
Reklam

Reklam