» » » EKSKLÜZİV! Vüqar Nadirov yeni klubda - FOTOLAR

EKSKLÜZİV! Vüqar Nadirov yeni klubda - FOTOLAR

EKSKLÜZİV! Vüqar Nadirov yeni klubda - FOTOLARBu ilin fevral ayında Region Liqasının "FC Baku" komandasından ayrılan Azərbaycan milli komandasınnın sabiq hücumçusu Vüqar Nadirov özünə yeni klub tapıb.
Premyer.az eksklüziv olaraq xəbər verir ki, 31 yaşlı futbolçu Region Liqasının ilk qalibi olmuş və bu mövsüm də çempionluq uğrunda mübarizə aparan Sumqayıtın "Uğur" komandası ilə müqavilə imzalayıb.
 
"Uğur" komandasının prezidenti Vasif Maşayev, Premyer.az saytının müxbiri ilə söhbətində bu xəbəri təsdiqləyib.
 
Qeyd edək ki, Nadirov yeni komandasının heyətində artıq debüt da edib. O, II Play Off mərhələsinin ilk oyununda Mingəçevirdə yerli "Energetik"ə qarşı keçirilmiş qarşılaşmada meydana çıxıb.
 
Tanınmış futbolçumuz karyerası ərzində "Qarabağ”, "Karvan”, "Masallı”, "Xəzər Lənkəran”, "Qəbələ”, "İnter” kimi klublarda çıxış edib. Onun Premyer Liqadakı son klubu "Səbail” olub. 
 
Rauf İskəndərov / Premyer.az

EKSKLÜZİV! Vüqar Nadirov yeni klubda - FOTOLAR
729     
Reklam

Reklam