» » » Region Liqası, II Play Off mərhələsi: "Energetik", yoxsa "Uğur"?

Region Liqası, II Play Off mərhələsi: "Energetik", yoxsa "Uğur"?

Region Liqası, II Play Off mərhələsi: "Energetik", yoxsa "Uğur"? Region Liqasının II Play Off mərhələsinin ilk qarşılaşmaları çərçivəsində sabah Mingəçevirin "Energetik" komandası Sumqayıtın "Uğur" komandasını qəbul edəcək. 
 
Premyer.az xəbər verir ki, bu komandaların Region Liqasında ikinci qarşılaşması olacaq. Qeyd edək ki, ötən mövsüm finalda bir araya gələn bu komandaların mübarizəsində, 2:0 hesablı qələbə qazanan sumqayıtlılar, öz adlarını Region Liqasının ilk qalibi olaraq, tarixə yazdırmışdılar.
 
Klublar arasındakı ikinci qarşılaşmanı, bir növ revanş matçı kimi də dəyərləndirmək olar. İlk oyun Mingəçevirdə keçiriləcəyindən, doğma divarlar və yeni yaradılmış "ZONA45" azarkeş qrupu "Energetik" komandasına böyük dəstək olacaq.
 
"ZONA45" fan qrupu, ötən oyunda olduğu kimi, bu oyunda da komandasına dəstək üçün, bir sıra sürprizlər hazırladığını bildirib. Buna baxmayaraq, "Uğur" komandası ötəl ilki uğurunu təkrarlamaq niyyətindədir. Bir sözlə, sabah Mingəçevir şəhər stadionuna toplaşacaq azarkeşləri maraqlı oyun gözləyir.
 
Region Liqası, II Play Off mərhələsi
"Energetik" (Mingəçevir) - "Uğur" (Sumqayıt)
Tarix: 30 mart (Şənbə)
Saat: 15:00
"Mingəçevir Şəhər Stadionu"

 
Rauf İskəndərov / Premyer.az
Region Liqası, II Play Off mərhələsi: "Energetik", yoxsa "Uğur"?
324     
Reklam

Reklam