» » » Xəqani Məmmədovun başçılıq etdiyi "Qəbələ" komandası U-16 Liqasının qalibi oldu! FOTO

Xəqani Məmmədovun başçılıq etdiyi "Qəbələ" komandası U-16 Liqasının qalibi oldu! FOTO

Xəqani Məmmədovun başçılıq etdiyi "Qəbələ" komandası  U-16 Liqasının qalibi oldu! FOTOBu gün AFFA-nın təşkilatçılığı ilə keçirilən U-16 Liqasının qalibi müəyyənləşib. Premyer.az xəbər verir ki, çempionatın bitməsinə 3 tur qalmış, Azərbaycanın tanınmış futbolçusu, Milli komandamızın sabiq üzvü Xəqani Məmmədovun başçılıq etdiyi "Qəbələ" komandası öz çempionluğunu rəsmiləşdirib. 
 
Ardıcıl 8-ci turdur ki, qələbələri sıralayan qəbələlilər, XXIII turda "İsgəndər Cavadov" BFA komandasını 6:0 hesabı ilə darmadağın edib. Beləliklə də, "Qəbələ" komandası ikinci pillədə qərarlaşan "Sabah" komandası üçün əlçatmaz olub.
 
Premyer.az Xəqani Məmmədovu və onun başçılıq etdiyi "Qəbələ"nin U-16 komandasını çempionluq münasibəti ilə təbrik edir!
232     
Reklam

Reklam