» » » SON DƏQİQƏ! "Atalar üçdən deyib!" və ya "Şirvan" - "Şahdağ" qarşılaşmasının tarixi 3-cü dəfə dəyişdirildi!

SON DƏQİQƏ! "Atalar üçdən deyib!" və ya "Şirvan" - "Şahdağ" qarşılaşmasının tarixi 3-cü dəfə dəyişdirildi!

Region Liqasının II Play Off mərhələsinin ilk oyunları çərçivəsində
keçiriləcək "Şirvan" (Ağdaş) - "Şahdağ" (Qusar) qarşılaşmasının tarixi 3-cü dəfə dəyişdirilib.
 
Premyer.az xəbər verir ki, ilk öncə martın 30-da keçirilməsi planlaşdırılan oyun, daha sonra martın 31-nə, sonra isə aprelin 7-nə keçirilmişdi. 

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevin Premyer.az saytına eksklüziv olaraq verdiyi son məlumata əsasən, oyun bu dəfə komandaların istəyi ilə, aprelin 1-nə təyin olunub.

Qarşılaşmanın başlama saatı 16:30 olaraq müəyyən olunub. Cavab qarşılaşması isə aprelin 6-sı və ya 7-si keçiriləcək.

Ümidvarıq ki, bu dəfəki dəyişiklik, "1 Aprel zarafatı" olmayacaq.
 
 
 
REGİON LİQASI

II Play Off mərhələsi, ilk oyun
"Şirvan" (Ağdaş) - "Şahdağ" (Qusar)
Yer: Ağdaş Şəhər Stadionu
Tarix: 1 aprel 2019
Saat: 16:30
 
Rauf İskəndərov / Premyer.az
229     
Reklam

Reklam