» » » EKSKLÜZİV! Həmyerlimiz Litva çempionatında - FOTOLAR

EKSKLÜZİV! Həmyerlimiz Litva çempionatında - FOTOLAR

"Qəbələ" futbol akademiyasının yetirməsi Elsevər Bəkirzadə Litva klubu ilə müqavilə imzalayıb.
 
Futbolçunun Premyer.az saytına verdiyi eksklüziv məlumata əsasən, Litvanın Telsiai şəhərinin Birinci Divizion təmsilçisi "Dziuqas" komandası ilə həmyerlimiz arasında bir illik müqavilə imzalanıb.
 
Hücuma meyilli yarımmüdafiəçi mövqeyində çıxış edən 23 yaşlı futbolçu, Litva klubuna, daha öncə çıxış etdiyi İsveçin "Liksele" komandasından keçib.
 
2009-2014-cü illərdə "Qəbələ" klubunda U-15 yaş qrupundan əsas heyətə qədər çıxış etmiş Bəkirzadə, 2008/09-cu illərdə "Qarabağ"ın U-14 və U-15 komandalarında, 2014/15-ci illərdə "Xəzər Lənkəran", daha sonra isə "Şəmkir", "MKT-Araz", "Sumqayıt" və İsveçin 3-cü liqasının "Liksele" komandalarında çıxış edib.
 
Rusiyada olduğu müddət ərzində Elesevər "Qarabağ-Moskva" futzal komandasında və çimərlik futbolunda da öz qüvvəsini sınayıb.
 
Qeyd edək ki, Litvanın Birinci Divizion çempionatındakı oyunlar bu gün start götürüb. 
 
Rauf İskəndərov / Premyer.az

1125     
Reklam

Reklam