» » » REGİON LİQASI: "Energetik" (Mingəçevir) komandasında yeni təyinat - EKSKLÜZİV

REGİON LİQASI: "Energetik" (Mingəçevir) komandasında yeni təyinat - EKSKLÜZİV

Region Liqasının Play Off mərhələsində uğurlu start götürən Mingəçevirin "Energetik" komandasında yeni təyinat baş verib. Premyer.az saytının əldə etdiyi məlumata əsasən, klubun prezidenti vəzifəsinə Həmidov Ruslan Vaqif oğlu təyin edilib.
 
Futbolla yaxından tanış olan 32 yaşlı Həmidov özü də vaxtı ilə "Ulduz", "Energetik", "Ədliyyə" və "Şəmkir" komandalarında top qovub. 
 
Qeyd edək ki, daha öncə bu vəzifəni icra edən Elbrus İsmayılov, bundan sonra yeni prezidentin köməkçisi vəzifəsində çalışacaq.
 
Rauf İskəndərov / Premyer.az
201     
Reklam

Reklam