» » » Region Liqası, I Play Off mərhələsi: "Ağsu Siti" - "Şirvan" oyununda qol yağışı! Növbəti mərhələyə kim vəsiqə qazandı?

Region Liqası, I Play Off mərhələsi: "Ağsu Siti" - "Şirvan" oyununda qol yağışı! Növbəti mərhələyə kim vəsiqə qazandı?

Region Liqası, I Play Off mərhələsi: "Ağsu Siti" - "Şirvan" oyununda qol yağışı! Növbəti mərhələyə kim vəsiqə qazandı?Bu gün Region Liqasının I Play Off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində bir oyun da Ağsuda keçirilib.
 
Premyer.az xəbər verir ki, Ağsunun eyni adlı komandası, səfər oyununda 0:2 hesabı ilə məğlub olduğu Ağdaşın "Şirvan" komandasını qəbul edib. Meydan sahibləri bu oyunda qələbə qazanmağa çox çalışsalar da, sonda 3:3 hesablı bərabərlik qeydə alınıb. Oyuna gələn azarkeşlər maraqlı mübarizənin şahidi olublar. 
 
İki oyunun nəticəsinə əsasən, növbəti mərhələyə "Şirvan" komandası vəsiqə qazanıb. 
 
Qeyd edək ki, bu gün keçirilmiş digər iki qarşılaşmada "FC Baku" "İmişli" üzərində 5:0, "Uğur" FK isə səfərdə "Alyans" üzərində 2:0 hesabı ilə qələbə qazanaraq, Play Off-un növbəti mərhələsinə adlayıblar.
 
REGİON LİQASI
I Play Off mərhələsi
16 mart 2019
"Ağsu Siti" - "Şirvan" 3:3 (İlk oyun: 0:2)
Ağsu şəhər stadionu
 
Rauf İskəndərov / Premyer.az
208     
Reklam

Reklam