» » » Region Liqasının bombardiri yeni komandasında qol hesabını açdı! VİDEO MÜSAHİBƏ - EKSKLÜZİV

Region Liqasının bombardiri yeni komandasında qol hesabını açdı! VİDEO MÜSAHİBƏ - EKSKLÜZİV

Region Liqasının bombardiri yeni komandasında qol hesabını açdı! VİDEO MÜSAHİBƏ - EKSKLÜZİVBu gün Region Liqasının I Play Off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "ASK Arena"da keçirilmiş "FC Baku" - "İmişli" qarşılaşması bir əlamətdar hadisə ilə yadda qalıb.
 
Premyer.az saytının oyuna ezam olunmuş müxbiri bildirir ki, "FC Baku" komandasının yeni transferi, Region Liqasının hal-hazırki bombardiri Sərxan Ağayev, yeni komandasında qol hesabını açıb. 5:0 hesabı ilə bitən qarşılaşmada qollardan birini Sərxan öz adına yazdırıb.
 
Beləliklə də bombardirlik yarışında qollarının sayını 28-ə çatdıran hücumçu, ən yaxın rəqibini artıq 8 qol qabaqlayır. Maraqlısı isə odur ki, bu rəqib - "FC Baku"nun sabiq kapitanı Vüqar Nadirovdur.
 
Sərxan Ağayevin "FC Baku" 5-0 "İmişli" qarşılaşmasından sonra Premyer.az saytına verdiyi video müsahibəni diqqətinizə çatdırırıq.
 
Foto və video: Rauf İskəndərov / Premyer.az / ASK Arena
 

155     
Reklam

Reklam