» » » Mirhüseyn Seyidov: "Nə qədər çətin olsa da, deməliyəm...."

Mirhüseyn Seyidov: "Nə qədər çətin olsa da, deməliyəm...."

Mirhüseyn Seyidov: "Nə qədər çətin olsa da, deməliyəm...."Artıq bir ildən çox müddətdir ki futboldan uzaq qalan tanınmış futbolçu Mirhüseyn Seyidov sosial şəbəkədə paylaşım edib. 
 
26 yaşlı Mirhüseyn öz Facebook səhifəsində aşağıdakıları yazıb:
 
"Genclik uje suretle qocalir Ⓜ️. Arxadaki stadionda yeni Tofiq Behremovda 2008-2009 sezonunda ilk oyunda Neftcide ilk debüt oynum idi Bakili komandasiyla hemin oyunda qolda qismet oldu 3cu deqiqede. Neyseki sozum olarda oyunlarda deyil sozum oduki bu aradan kecen 10 il dunen kimi gelir adama. Ve ne qeder cetin olsada demeliyem o illerde olan heves ishe yanashma nese bu illerde gorunmur. Sebebler coxdu yazsag desek qurtarmaz.... 
guya mende bir meqale yazdim"
 
Qeyd edək ki, adı danışılmış oyunlarında hallanan futbolçu, 2017-ci ilin sonlarında ilk öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, daha sonra sərbəst buraxılaraq, AFFA İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılmışdı. 
 
"Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə "Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin."
 

205     
Reklam

Reklam