» » » I Divizion, XIX tur: MOİK qələbələri, Raul qolları sıralayır! VİDEO

I Divizion, XIX tur: MOİK qələbələri, Raul qolları sıralayır! VİDEO

I Divizion, XIX tur: MOİK qələbələri, Raul qolları sıralayır! VİDEOFutbol üzrə Azərbaycanın I divizionunda XIX turun oyunlarına start verilib. Divizionun lideri MOİK hesabat turunda "Səbail-2" komandası ilə qarşılaşıb.

Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşdə komandamız oyunun əvvəlindən üstünlüyü ələ keçirərək rəqibə göz açmağa imkan verməyib. "Hərbçilər" elə ilk hissədə iki cavabsız qol vurmaqla matçın taleyini həll edib. Raul Yaqubzadə əvvəlcə Əli Sadıxovun fərqlənməsi üçün assistent rolunda çıxış edibsə, sonradan özü fərqlənərək ardıcıl 4-cü oyunda qola sevinib.

Bununla ikinci dövrədəki qələbə seriyasını 6 oyuna çatdıran MOİK zirvədəki yerini möhkəmləndirib. Hazırda Azər Bağırovun yetirmələri 19 turdan sonra 47 xalla turnir cədvəlinə başçılıq edir.

MOİK növbəti oyununu martın 29-da səfərdə "Ağsu"ya qarşı keçirəcək.

MOİK - "Səbail-2" 2:0
Qollar: Əli Sadıxov, 12. Raul Yaqubzadə, 44.
MOİK: 1. İsmayıl Muradov, 14. İlqar Ələkbərov (77. Fuad Məmmədzadə, 57), 38. Mübarək Şaquliyev (k), 9. Raul Yaqubzadə, 3. Nicat Əskərov, 20. Abbas Ağazadə (22. İlkin Həsənli, 82), 6. Faiq Hacıyev, 79. Əli Sadıxov (70. Ceyhun Muxtarlı, 57), 42. İbrahim Qədirzadə, 33. Fərid Nadirov (98. Ümid Şükürlü, 63), 13. Rəvan Babazadə (88. Cavidan Rəhimli, 46).
Ehtiyat oyunçular: 94. Fərid Ağayev, 12. Yunis Abbaslı, 19. Vüsal Nağıyev, 4. Əli Əliyev, 99. Bahadur Həziyev, 78. Nəbi Nəbizadə, 8. Sadiq Ağazadə.
Baş məşqçi: Azər Bağırov.

89     
Reklam

Reklam