» » » Emin Mustafayev: "Heç bir arxayınçılıqdan söhbət gedə bilməz"

Emin Mustafayev: "Heç bir arxayınçılıqdan söhbət gedə bilməz"

Emin Mustafayev: "Heç bir arxayınçılıqdan söhbət gedə bilməz"Region Liqasının I Play Off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "İmişli" komandası üzərində 2:0 hesablı qələbə qazanmış "FC Baku" komandasının yarımmüdafiəçisi Emin Mustafayev, oyunla bağlı klubun rəsmi Facebook səhifəsinə açıqlama verib:
"Play-off mərhələsindəki ilk oyunumuza çox ciddi hazırlaşmışdıq. Səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirdik. Sevinirik ki, yaxşı oyun göstərdik və ən əsası, qapımızı toxunulmaz saxladıq.
Artıq cavab oyununun hazırlığına start vermişik. Heç bir arxayınçılıqdan söhbət gedə bilməz. Hədəfimiz çempionluqdur və bu yolda hər bir oyunun öz çətinliyi var".
 
Foto: Rauf İskəndərov / Premyer.az
92     
Reklam

Reklam