» » » TRANSFER: "FC Baku"dan ayrılan tanınmış futbolçumuz yeni klubda - FOTOLAR

TRANSFER: "FC Baku"dan ayrılan tanınmış futbolçumuz yeni klubda - FOTOLAR

TRANSFER: "FC Baku"dan ayrılan tanınmış futbolçumuz yeni klubda - FOTOLARQrup mərhələsi bitdikdən sonra "FC Baku" komandasından ayrılan "Xəzər Ləkəran"ın yetirməsi Kamran Abdullazadə, artıq özünə yeni klub tapıb. Premyer.az xəbər verir ki, bu - Region Liqasının ilk qalibi olmuş, Sumqayıtın "Uğur" komandasıdır.
 
Bu mövsüm də çempionluq uğrunda mübarizə aparan sumqayıtlılar, Play Off mərhələsinə vəsiqə qazanıb. 23 yaşlı gənc futbolçu, "Uğur"un heyətində, I Play Off mərhələsinin ilk qarşılaşmasında "Alyans" komandasına qarşı oyunda debüt edib. 
 
Klubla futbolçu arasında mövsümün sonuna kimi razılaşma əldə edilib. Qeyd edək ki, U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının heyətində forma geyinmiş təcrübəli futbolçu, "Xəzər Lənkəran", MOİK, "Sumqayıt", "Kəpəz" və "FC Baku" komandalarının şərəfini qoruyub.
 
Ən böyük uğurlarını isə Kamran, 6 il ərzində şərəfini qorumuş Lənkəran təmsilçisinin heyətində qazanıb. Kamran "Xəzər Lənkəran"ın heyətində 2011/12 mövsümündə Premyer Liqanın gümüş medalçısı, 2012/13 mövsümündə Kubokun finalçısı, 2013/14 mövsümündə isə Super Kubokun sahibi olub. 
 
Rauf İskəndərov / Premyer.az
TRANSFER: "FC Baku"dan ayrılan tanınmış futbolçumuz yeni klubda - FOTOLAR
TRANSFER: "FC Baku"dan ayrılan tanınmış futbolçumuz yeni klubda - FOTOLAR
TRANSFER: "FC Baku"dan ayrılan tanınmış futbolçumuz yeni klubda - FOTOLAR
289     
Reklam

Reklam