» » » TRANSFER: Millimizin sabiq futbolçusu Region Liqasında!

TRANSFER: Millimizin sabiq futbolçusu Region Liqasında!

TRANSFER: Millimizin sabiq futbolçusu Region Liqasında!Bu mövsüm iddialı çıxışı ilə yadda qalan və Region Liqasının I Play Off mərhələsinin ilk qarşılaşmasında Cəlilabadın "Ümid" komandasını 3:0 hesabı ilə məğlub edən "Füzuli" komandası, heyətini gücləndirməkdə davam edir. 
 
Premyer.az bildirir ki, füzulililər millimizin sabiq futbolçusu, Türkiyədə legioner həyatı yaşayaraq, qardaş ölkənin "Kocaelispor", "Arhavispor", "Sarıkamış Belediyespor" və "Bucaspor", Azərbaycanda isə "Şahdağ", "Şəfa", "Turan" Tovuz, "Qarabağ", "Neftçi" "Standard" Sumqayıt, "Kəpəz", "Qaradağ Lökbatan" və "Araz Naxçıvan" komandalarının şərəfini qorumuş - Ramal Hüseynovu öz heyətinə qatıb.
 
Qeyd edək ki, 34 yaşlı Ramal Hüseynov, qardaşı Zeynalabdin Hüseynovla birlikdə, son illər futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasında çıxış edən "STAR karqo" komandasının heyətində top qovublar.
 
Rauf İskəndərov / Premyer.az
241     
Reklam

Reklam