» » » Region Liqası: İlkin Allahverdiyev: "Hələ ki heç nə bitməyib"

Region Liqası: İlkin Allahverdiyev: "Hələ ki heç nə bitməyib"

Region Liqası: İlkin Allahverdiyev: "Hələ ki heç nə bitməyib""Göyəzən" komandasının yarımmüdafiəçisi İlkin Allahverdiyev, Region Liqasının I Play Off mərhələsinin ilk qarşılaşmasında səfərdə "Şahdağ" komandasına 1:5 hesablı məğlubiyyətdən sonra, Premyer.az saytının müxbirinin suallarını cavablandırıb:
 
- Qusarda böyük hesablı məğlubiyyətinizin əsas səbəbi nə idi?
- Bu bir futboldur. Burda udmaq da var, uduzmaq da. Əlimizdən gələni etdik, amma alınmadı. Bizim, bəzi komandalar kimi hər gün məşq eləmək imkanımız yoxdur. Sadəcə oyundan-oyuna bir yerə yığışıb, meydana çıxırıq. Məşqlərimizin müntəzəm olmaması, məğlubiyyətimizin əsas səbəbidir. 
 
- Cavab oyunundan öncə, növbəti mərhələyə çıxmaq şansınızı necə qiymətləndirirsən?
- Hələ ki heç nə bitməyib. Oyun 90 dəqiqə davam edir. Sona qədər vuruşub, əlimizdən nə gəlirsə, artıqlaması ilə edəcəyik ki, növbəti mərhələyə çıxaq. 
 
- Oyun öncəsi azarkeşlərinizə nə demək istərdin?
- Burdan azarkeşlərimizə səslənirəm. Sizi maraqlı və gözəl oyun gözləyir. Odur ki, doğma komandanızı dəstəkləmək üçün, hamınız oyuna gəlin. Stadionu doldurmalıyıq! 
 
Rauf İskəndərov / Premyer.az
143     
Reklam

Reklam