» » » REGİON LİQASI: Tural Məmmədzadə: "Belə böyük hesabla qalib gələcəyimizi gözləmirdim"

REGİON LİQASI: Tural Məmmədzadə: "Belə böyük hesabla qalib gələcəyimizi gözləmirdim"

REGİON LİQASI: Tural Məmmədzadə: "Belə böyük hesabla qalib gələcəyimizi gözləmirdim"Mingəçevirin "Energetik" komandasının hücumçusu Tural Məmmədzadə, Region Liqasının I Play Off mərhələsinin ilk qarşılaşmasında "Salyan" üzərindəki 6:0 hesablı inamlı qələbədən sonra, Premyer.az saytının müxbirinin suallarını cavablandırıb:
 
- Rəqib üzərində belə böyük hesablı qələbə qazanacağınızı gözləyirdiz?
- Qələbəyə inanırdıq, amma hesabın belə böyük olacağını gözləmirdik.
 
- Azarkeş dəstəyinin qələbə qazanmağınızda nə kimi rolu oldu?
- Təbii ki, böyük rolu oldu. Məhz azarkeşlərin sayəsində belə qələbələr qazanılır. 
 
- Komandanızın vurduğu 6 qoldan ikisinə sən imza atdın. Vurduğun qolları şərh edərdin..
- Qeyri-adi bir şey yox idi. Əvvəlki oyunlarda vurduğum qollara baxanda, sadə epizodlarda, sadə qollar vurdum. 
 
Rauf İskəndərov / Premyer.az

REGİON LİQASI: Tural Məmmədzadə: "Belə böyük hesabla qalib gələcəyimizi gözləmirdim"
223     
Reklam

Reklam