» » » Ömər Buludov: "Qələbədə payımın olması məni çox sevindirir"

Ömər Buludov: "Qələbədə payımın olması məni çox sevindirir"

Ömər Buludov: "Qələbədə payımın olması məni çox sevindirir""Neftçi”nin müdafiəçisi Ömər Buludov klubun rəsmi saytına açıqlama verib. "Sumqayıt”ın qapısına qələbə qolunu vuran gənc futbolçu qalibiyyətdə azarkeşlərin də böyük pay sahibi olduğunu bildirib:

"Çətin oyun oldu. Turnir cədvəlində vahid lider olmaq baxımından da çox vacib 3 xalı qazandıq. Qolu kimin vurması önəmli deyil, əsas odur ki, qalib gəldik. Nə yalan deyim, qələbədə payımın olması məni çox sevindirir. Hər dəfə olduğu kimi, növbəti oyunda da əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, qələbə qazanaq, 1-ci pilləni əldən verməyək. Yeri gəlmişkən, bu qələbədə azarkeşlərimizin də payı böyükdür. Buna görə onlara təşəkkür edirəm”.
171     
Reklam

Reklam