» » » Region Liqası, I Play Off mərhələsi: "Şirvan" komandası Ağdaş azarkeşlərinə müraciət etdi

Region Liqası, I Play Off mərhələsi: "Şirvan" komandası Ağdaş azarkeşlərinə müraciət etdi

Region Liqası, I Play Off mərhələsi: "Şirvan" komandası Ağdaş azarkeşlərinə müraciət etdiMart ayının 9-u və 10-u Region Liqasının I Play-Off mərhələsinin ilk oyunları keçiriləcək. 
 
Premyer.az xəbər verir ki, Şimal - Qərb Regionunun Qərb Zonasında qrup üçüncüsü olan Ağdaşın "Şirvan" komandası, Mərkəz və Cənub Regionunun Mərkəz Zonasının qalibi - "Ağsu Siti" komandasını qəbul edəcək. Oyun öncəsi meydan sahibləri öz azarkeşlərinə müraciət edib. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: 
 
"Bazar günü bizi çox çətin oyun gözləyir. Səfərə sərfəli nəticə qazanaraq yollanmaq üçün sizin dəstəyinizə ehtiyacımız var. Bizə hər zaman dəstək verən, güvənən azarkeşləri martın 10-u, saat 15:00-da şəhər stadionunda gözləyəcəyik!"
 
REGİON LİQASI
I Play Off Mərhələsi
İlk oyun
"Şirvan" Ağdaş - "Ağsu Siti"
Ağdaş şəhər stadionu
10 mart 2019
Saat:  15:00
 
Rauf İskəndərov / Premyer.az
164     
Reklam

Reklam