» » » "FC Baku" yoldaşlıq oyununda "Qəbələ"nin əsas heyətini məyus etdi - VİDEO

"FC Baku" yoldaşlıq oyununda "Qəbələ"nin əsas heyətini məyus etdi - VİDEO

"FC Baku" yoldaşlıq oyununda "Qəbələ"nin əsas heyətini məyus etdi - VİDEOBu gün Bakı Olimpiya Stadionunun köməkçi meydandançasında yoldaşlıq oyunu keçirilib. Premyer Liqa təmsilçisi "Qəbələ", Region Liqasının çempionluğa əsas namizədlərindən biri olan "FC Baku" komandasını qəbul edib.
 
Premyer.az saytının oyuna ezam olunmuş müxbiri xəbər verir ki, əlverişsiz hava şəraiti - güclü yağış və küləkli soyuq havanın olmasına baxmayaraq, oyun maraqlı mübarizə şəraitində keçib. Rəqibin Premyer Liqa təmsilçisi olması və əsas heyətlə oynaması, bakılıları heç də qorxuzmayıb. Hər iki hissədə bir qol vurmağa müvəffəq olan "FC Baku" komandası, bu oyunda 2:0 hesabı inamlı və əzmkar qələbə qazanıb. Qalib komandanın heyətində Eltun Hüseynov və Murad Səttarlı fərqləniblər. 
 
Ayrıca qeyd edək ki, Region Liqası komandaları arasında ilk dəfə olaraq "FC Baku"  Premyer Liqa təmsilçisinin əsas heyəti ilə bir araya gəlib.
 
YOLDAŞLIQ OYUNU 

"FC Baku" 2:0 "Qəbələ"
Tarix: 27.02.2019
Yer: BOS köməkçi meydançası
Qollar: Eltun Hüseynov, Murad Səttarlı
 
Rauf İskəndərov / Premyer.az / BOS
Foto və video: Rauf İskəndərov
 
[video=]
519     
Reklam

Reklam