» » » "Neftçi"nin yetirməsi Latviya klubunda - TRANSFER

"Neftçi"nin yetirməsi Latviya klubunda - TRANSFER

"Neftçi"nin yetirməsi Latviya klubunda - TRANSFERGənc futbolçuların inkişafına xüsusi önəm verən "Neftçi” PFK, komandanın yetirməsi Elvin Sərkərovun təcrübə qazanmasına şərait yaradıb. 22 yaşlı müdafiəçi Latviyanın "Dauqavpils” klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, Elvin Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi” PFK-ya ödəniləcək. Bundan əlavə, U-21 milli komandasının üzvü Azərbaycana qayıdacağı halda, ilk seçimini "Neftçi” üzərində edəcək.

Qeyd edək ki, Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb.
156     
Reklam

Reklam