» » » Qəbələ Futbol Akademiyasının futbolçuları şəhid ailəsini ziyarət etdi - FOTOLAR

Qəbələ Futbol Akademiyasının futbolçuları şəhid ailəsini ziyarət etdi - FOTOLAR

Qəbələ Futbol Akademiyasının futbolçuları şəhid ailəsini ziyarət etdi - FOTOLARQəbələ Futbol Akademiyasının futbolçuları Xocalı faciəsinin 27-ci ildönümü ərəfəsində şəhid Sahil Şirinovun ailəsini ziyarət ediblər. Müəllim və rəhbər heyətin müşaiyətilə U-19 və U-17 komandalarının oyunçuları aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlmiş leytenant Şirinovun Bum qəsəbəsində yerləşən evinə baş çəkib, ailə üzvlərilə birlikdə mərhumun həyat və hərbi xidmət yolunu xatırlayıblar.
Ömrünün 23-cü baharında gözlərini əbədi yuman qəhrəmanımız Sahilin simasında bütün şəhidlərimizə rəhmət diləyən futbolçular, onların qanlarının yerdə qalmayacağına inandıqlarını bildirib.
Sonda, daim gözləri yolda övladlarının xatirəsinin yad olunmasını gözləyən Şəhla anaya və Həsrət bəyə bir daha dərin hüznlə başsağlığı verilib.

257     
Reklam

Reklam