» » » Region Liqasının 1-ci Play Off mərhələsinin və Püşkatmanın təxmini tarixləri bəlli oldu

Region Liqasının 1-ci Play Off mərhələsinin və Püşkatmanın təxmini tarixləri bəlli oldu

Region Liqasının 1-ci Play Off mərhələsinin və püşkatmanın təxmini tarixləri müəyyənləşib.
 
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevin Premyer.az saytına verdiyi məlumata əsasən, 1-ci Play Off mərhələsinin püşkatma mərasimi 5-7 mart, ilk oyunları isə 9-10 mart tarixlərində keçiriləcək.
 
Daha dəqiq məlumat yaxın günlərdə açıqlanacaq.
 
Rauf İskəndərov / Premyer.az
 
REGİON LİQASININ ƏSASNAMƏSİ
8. Yarışın keçirilmə sistemi
 
8.1 "Region Liqası” 5 zona üzrə təşkil olunacaq. (Paytaxt və Şimal; Cənub; Mərkəz; Şimal Qərb və Qərb )
  • Naxçıvan MR-da təşkil olunan Region Liqası 5-ci zona olaraq qəbul edilmişdir.
  • 1-ci mərhələ: paytaxt və şimal - 7 komanda; cənub – 6 komanda; mərkəz - 7 komanda, şimal-qərb və qərb - 7 komanda olmaqla,  4 qrup üzrə 2 dövrədən ibarət dairəvi sistemlə (ev-səfər)  təşkil olunacaq.
  • Hər zonada qrupda ilk 3 yeri tutan komanda 1-ci Play Off mərhələsinə vəsiqə qazanır.
  • Play Off mərhələlərinə vəsiqə qazanan komandaların rəqibləri püşkatma vasitəsi ilə müəyyən olunur. Püşkatma komandaların qruplarda tutduqları yerlərə əsasən keçiriləcək.
  • I- Play Off mərhələsinə yüksələn 12 komandanın hər biri rəqibi ilə bu mərhələdə 2 oyun (ev səfər ) keçirir. Bu mərhələdə eyni zonadan oynayan komandalar bir-biriləri ilə qarşılaşa bilməz.
  • I- Play Off mərhələsində qalib olan 6 komanda II Play Off mərhələsinə vəsiqə qazanır. 2- ci Play Off mərhələsinə komandalar 2 oyun (ev - səfər ) keçirir və qalib olan  komanda  Liqanın 1/2 final mərhələsinə vəsiqə qazanır.
  • 1/2 final mərhələsinə II play off mərhələsindən 3, eyni zamanda Naxçıvan MR-in qalib komandası vəsiqə qazanacaq. Oyunlar neytral meydanda 1 oyun olmaqla  təşkil olunacaq. Final və 3-cü yer uğrunda oyun neytral meydanda 1 oyun olmaqla təşkil olunacaq.

361     
Reklam

Reklam