» » » EKSKLÜZİV! Millimizin sabiq üzvü Bosniya və Herseqovina klubunda - FOTOLAR

EKSKLÜZİV! Millimizin sabiq üzvü Bosniya və Herseqovina klubunda - FOTOLAR

EKSKLÜZİV! Millimizin sabiq üzvü Bosniya və Herseqovina klubunda - FOTOLARÖtən yay Kosovonun "Drita" komandası ilə altı aylıq müqaviləsi başa çatan və klubsuz qalan millimizin sabiq üzvü Amit Quluzadə özünə yeni klub tapıb.
 
Futbolçunun özünün Premyer.az saytına verdiyi məlumata əsasən, o Bosniya və Herseqovinanın "Çelik" klubu ilə bir illik müqavilə imzalayıb. Bosniyanın Premyer Liqasında çıxış edən Zenitsa şəhərinin təmsilçisi hal-hazırda turnir cədvəlində 12 klub arasında 9-cu yerdə qərarlaşıb. 
 
Qeyd edək ki, futbolçu karyerası ərzində Quluzadə 4 dəfə legioner həyatı yaşayıb.  Belə ki, futbolçumuz Türkiyənin "Kayseri Erciyesspor", Portuqaliyanın "Atletiko" (Lissabon), Yunanıstanın "AE Larisas" və Kosovonun "Drita" klublarının şərəfini qoruyub. 
 
26 yaşlı yarımmüdafiəçi ölkəmizdə "Neftçi”, "Rəvan", "Qəbələ”, "Səbail" və "Sumqayıt”da çıxış edib. 
EKSKLÜZİV! Millimizin sabiq üzvü Bosniya və Herseqovina klubunda - FOTOLAR
 
Rauf İskəndərov / Premyer.az
362     
Reklam

Reklam