» » » "Şirvan" FK-nın baş məşqçisi: "Bu kollektivlə ən azı yarımfinal mərhələsinə qədər irəliləyərik"

"Şirvan" FK-nın baş məşqçisi: "Bu kollektivlə ən azı yarımfinal mərhələsinə qədər irəliləyərik"

"Şirvan" FK-nın baş məşqçisi: "Bu kollektivlə ən azı yarımfinal mərhələsinə qədər irəliləyərik""Şəki" komandasını 3:0 hesabı ilə məğlub edərək, Region Liqasının Play-Off mərhələsinə vəsiqə qazanan Ağdaşın "Şirvan" komandasının baş məşqçisi Ruslan Hüseynov qrup mərhələsi barəsində öz fikirlərini klubun rəsmi Facebook səhifəsinə bildirib.
 
Premyer.az açıqlamanı olduğu kimi diqqətinizə çatdırır:

"Qrup mərhələsinin sona çatmasına bir tur qalsa da, növbəti mərhələyə vəsiqə qazandıq. Çalışacayıq ki, sonuncu oyunda da yaxşı çıxış edək. Qrupda 3-cü yeri tutsaq da, oyunumuz bunun çox üzərindəyidi. Çox heyif ki, qrup sonuncularına qarşı evdə itirdiyimiz xallar daha yüksək pillədə olmağımıza mane oldu. Əgər o matçlarda da qələbə qazansaydıq, qrupu lider bitirə bilərdik. Diqqət etsəniz, 6 səfər matçından 5 qələbə, 1 heç-heçə etmişik. Lakin ev oyunlarda məğlubiyyətlərimiz var. Bəzən futbolda belə hallar olur.
Düşünürəm ki, hazırda yaxşı kollektivimiz, yaxşı komandamız var. Bu uşaqlarla daha da uğurlu nəticələr qazana bilərik. Fürsətdən istifadə edib, komandamıza hər cür dəstəyi verən Ağdaş Çörək Zavodunun rəhbəri Vüqar Hacıyevə təşəkkür edirəm. Turnir boyu maddi və mənəvi yanımızda olaraq bizə böyük dəstək oldu. İstərdim ki, hər bölgədə idmanı sevən bu cür insanlar olsun. Yalnız o halda ölkə futbolunda müəyyən inkişaf olar.
Qarşıda bizi daha çətin rəqiblər gözləyir. Ancaq mən komandama inanıram. Hər il çempionluq hədəfi ilə yola çıxırıq. Bu il işimiz daha çətindir. Çünki kifayət qədər güclü komandalar var. Düşünürəm ki, bu kollektivlə ən azı yarımfinal mərhələsinə qədər irəliləyərik".

315     
Reklam

Reklam