» » » Tailand çempionatı: Həmyerlimiz qol vurdu, lakin... FOTOLAR

Tailand çempionatı: Həmyerlimiz qol vurdu, lakin... FOTOLAR

Tailand çempionatı: Həmyerlimiz qol vurdu, lakin... FOTOLARDaha öncə də Premyer.az saytının eksklüziv olaraq xəbər verdiyi kimi, ən son Birinci Divizionun "Mil-Muğan" komandasında forma geyinmiş Anar Babayev, Tailand Krallığının 4-cü liqasında mübarizə aparan "Singburi Bangrajun" FC komandasına transfer olunub.
23 yaşlı hücuma meyilli yarımmüdafiəçi dünən yeni komandasının heyətində artıq ikinci turun oyununa çıxıb. "Phitsanulok" FC komandasına qarşı keçirilmiş oyunda (0:1) həmyerlimiz 86 dəqiqə meydanda olub və hətta qol vurmağa da müvəffəq olub. Lakin baş hakim ofsayd qərarı qeydə alıb. 
Beləliklə, bu məğlubiyyətdən sonra, həmyerlimizin şərəfini qoruduğu "Singburi Bangrajun" FC komandası turnir cədvəlində 10 komanda arasında, 1 xalla 7-ci pillədə qərarlaşıb.
 
Tayland çempionatı isə ayın 23-ündə Kubok oyunları ilə davam edəcək. 
Rauf İskəndərov / Premyer.az

346     
Reklam

Reklam