» » » REGİON LİQASI, XIII tur: "Ağsu Siti" qrup liderliyi uğrunda mübarizəni gərginləşdirir

REGİON LİQASI, XIII tur: "Ağsu Siti" qrup liderliyi uğrunda mübarizəni gərginləşdirir

REGİON LİQASI, XIII tur: "Ağsu Siti" qrup liderliyi uğrunda mübarizəni gərginləşdirirRegion Liqasının XIII turu çərçivəsində, Mərkəz və Cənub Regionunun Mərkəz Zonasında bu gün növbəti oyun keçirilib. Premyer.az xəbər verir ki, Saatlının "Araz" komandası Sabirabad şəhər stadionuna "Ağsu Siti" komandasını qəbul edib. 
 
Turnir cədvəlində 22 xalla 2-ci pillədə qərarlaşan ağsulular, Məqsum Qəmbərli və Elmir Səmədzadənin qolları ilə 0:2 hesablı önəmli səfər qələbəsi qazanıb. Saatlı təmsilçisinin 11 xalı var. 
 
Beləliklə də, bu qələbədən sonra xallarını 25-ə çatdıran "Ağsu Siti", "İmişli" komandası ilə qrup liderliyi uğrunda mübarizəni davam etdirir.
 
Rauf İskəndərov / Premyer.az
317     
Reklam

Reklam