» » » REGİON LİQASI, XIII tur: "Energetik" - "Göyəzən" oyununda 3 cavabsız qol - VİDEO

REGİON LİQASI, XIII tur: "Energetik" - "Göyəzən" oyununda 3 cavabsız qol - VİDEO

REGİON LİQASI, XIII tur: "Energetik" - "Göyəzən" oyununda 3 cavabsız qol - VİDEORegion Liqasının XIII turu çərçivəsində, Şimal - Qərb Regionunun Qərb Zonasında bu gün Mingəçevirin "Energetik" komandası Qöyəzənin  "Qazax" klubunu qəbul edib. "Qərb Derbisi" adlandırılan bu qarşılaşmada turnir cədvəlində ilk iki sırada yer alan rəqiblər bir araya gəlib.
 
Premyer.az xəbər verir ki, öncədən gözlənildiyi kimi, oyun azarkeşlərin böyük marağına səbəb olub. Qarşılıqlı mübarizə şəraitində keçən ilk hissə qolsuz başa çatıb. İkinci hissədə meydan sahibləri üstünlüyü ələ alaraq, qonaqların qapısından 3 cavabsız top keçirib. Qollara Tural Məmmədov, Zamir Cəlilov və Vüsal İsmayılov imza atıblar. 
 
Beləliklə bu qələbədən sonra mingəçevirlilər turnir cədvəlində liderliyi ələ keçirib.
 
REGİON LİQASI, XIII tur
17 fevral 2019
Mingəçevir şəhər stadionu
"Energetik" (Mingəçevir) 3-0 "Göyəzən" (Qazax)
Qollar: Tural Məmmədov, Zamir Cəlilov, Vüsal İsmayılov
 
Rauf İskəndərov / Premyer.az
[video=]
510     
Reklam

Reklam