
Qış fasiləsindən sonra qapısında qol görmədən ardıcıl 3 qələbə qazanan "FC Baku" növbəti transferini həyata keçirib. Premyer.az bildirir ki, klub Pərviz Qaraxanovu heyətinə qatıb.
Ötən mövsüm "Səbail"in heyətində Premyer Liqa həyəcanı yaşamış 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Pərviz Qaraxanov U-21 yığmasının və "Neftçi" komandasının da şərəfini qoruyub və futzal çempionatında da müntəzəm iştirak edib.
Rauf İskəndərov / Premyer.az