» » » Sabir Allahquliyev: "İnanıram ki, qolların davamı gələcək.."

Sabir Allahquliyev: "İnanıram ki, qolların davamı gələcək.."

Sabir Allahquliyev: "İnanıram ki, qolların davamı gələcək.."Son turda "Uğur" ilə oyunda "FC Baku"nun ilk qolunun müəllifi olan təcrübəli hücumçu Sabir Allahquliyev sabah baş tutacaq "Tufan" qarşılaşması ilə bağlı klubun rəsmi Facebook səhifəmsinə bir sıra açıqlamalar verib:

"Ötən oyun öz zonamızdakı əsas rəqibimizə qalib gələrək liderliyə yüksəldik. Qələbə komandamıza müsbət mənada çox təsir etdi. Sabahkı oyunun da ağır keçəcəyini bilirik və bütün diqqətimizi qələbəyə cəmləmişik.
"Uğur" ilə oyunda komandam üçün rəsmi matçlarda ilk qolumu vurduğum üçün olduqca şadam. İnanıram ki, qolların davamı gələcək və qazandığımız qələbələrlə dövrəni lider kimi başa vuracağıq".
924     
Reklam

Reklam