» » » Neymar "Barselona"nın həkimlərinə müraciət edib

Neymar "Barselona"nın həkimlərinə müraciət edib

Neymar "Barselona"nın həkimlərinə müraciət edibPSJ-nin futbolçusu Neymar sabiq klubu "Barselona"nın həkimlərinə müraciət edib.
O, ayaq sümüyünün müalicəsi üçün bu addımı atıb. 

Braziliyalı hücumçu zədəsi ilə  bağlı Kataloniya klubunun tibbi qərargahı ilə məsləhətləşib. Həkimlər ona  əməliyyat olunmağı məsləhət görüb. Ancaq  o, cərrahi müdaxilə olmadan müalicəni üstün tutub.
Xəbərdə həmçinin Neymarın "Barsa"nın futbolçuları və klub rəhbərliyə ilə əlaqələrinin davam etdiyi vurğulanıb.
Qeyd edək ki, Neymar Fransa kubokunun 1/16 finalında "Strasburq"a qarşı matçda zədələnib. Onun martın sonuna kimi oynamayacağı gözlənilir.
68     
Reklam

Reklam