» » » "İnventar yoxdur? Onda cərimə ödə..." - İntizam Komitəsinin qərarları

"İnventar yoxdur? Onda cərimə ödə..." - İntizam Komitəsinin qərarları

"İnventar yoxdur? Onda cərimə ödə..." - İntizam Komitəsinin qərarlarıİntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının XVI turunun "Sabah” – "Qəbələ” matçının 45+1-ci dəqiqəsində  "Sabah”  klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun  90+5-ci dəqiqəsində "Qəbələ” klubunun baş məşqçisi Zaur Haşımov  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat сərimə olunur (maddə 62).
Topaz  Premyer Liqasının XVI turunun "Sumqayıt” – "Qarabağ” matçında  "Sumqayıt” klubunun 5 , "Qarabağ” klubunun   4 futbolçularının  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).
Topaz  Premyer Liqasının XVI turunun "Səbail” – "Zirə” matçının 81-ci dəqiqəsində  "Səbail”  klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz  Premyer Liqasının XVI turunun "Neftçi” – "Keşlə” matçında  "Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
I Divizionun XIV turunun "Sumqayıt-2” – "Keşlə-2” matçında "Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).

Oyunun 90+1-ci dəqiqəsində "Sumqayıt” klubunun 90 №-li futbolçusu Elvin Nəsibov təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1)."Sumqayıt-2” – "Keşlə-2” matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün "Keşlə-2” klubuna texniki məğlubiyyət verilir. Hesab  olduğu kimi - 0:3 saxlanılır (maddə 97).
I Divizionun XIV turunun "Sabah-2” – "Neftçi-2” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı klublar 80 manat cərimə olunur  (maddə 40).
I Divizionun XIV turunun "Turan Tovuz” – "Qarabağ-2” matçında lazımı inventarlar olmamasına görə meydan sahibi klub 160 manat cərimə olunur (maddə 60).
"Turan Tovuz”  klubu oyunun video yazısını təqdim etmədiyinə görə klub 80 manat cərimələnir (maddə 64.3).
I Divizionun XIV turunun "Şüvəlan” – "Səbail-2” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 75-ci dəqiqəsində  "Səbail-2”  klubunun 90 №-li futbolçusu Xəlil Bəşirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIV turunun "Zirə-2” – "Ağsu” matçında "Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). "Ağsu” klubu lazımi tələbləri yerinə yetirmədiyinə görə oyun 8 dəqiqə gec başlayıb. Bu səbəbdən  klub 240 manat cərimə olunur (maddə 53.3).
"Kəpəz” – MOİK matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün "Kəpəz” klubuna texniki məğlubiyyət verilir. Hesab  olduğu kimi - 0:3 saxlanılır (maddə 97).      
I Divizionun XIV turunun "Qaradağ Lökbatan”–"Zaqatala” matçının 64-cü dəqiqəsində "Zaqatala”  klubunun 7 №-li futbolçusu Elşad Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 70-ci dəqiqəsində "Zaqatala” klubunun 15 №-li futbolçusu Firuddin Mövsümov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 Oyunun  26-cı dəqiqəsində "Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev  texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat сərimə olunur (maddə 62). 
77     
Reklam

Reklam