» » » Region Liqası, XII tur: "Göyəzən" liderliyini qorudu

Region Liqası, XII tur: "Göyəzən" liderliyini qorudu

Region Liqası, XII tur: "Göyəzən" liderliyini qoruduRegion Liqasının XII turu çərçivəsində Şimal - Qərb Regionunun Qərb Zonasında qrup lideri olan Qazaxın "Göyəzən" komandası "Oğuz" klubu üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. Meydan sahiblərinin ən təcrübəli futbolçusu Arzuman Vəliyev bu oyunda dubla imza atıb. 3-cü qolu Şamxal Qurbanov öz adına yazdırıb. 
 
Beləliklə də, bu oyundan sonra xallarını 24-ə çatdıran qazaxlılar, turnir cədvəlindəki liderliklərini davam etdirir. "Oğuz" komandasının 10 xalı var.
 
Region Liqasi, XII tur
10.02.2019
"Göyəzən" - "Oğuz" 3:0
Qollar: Şamxal Qurbanov, Arzuman Vəliyev (2) 
 
Rauf İskəndərov / Premyer.az
141     
Reklam

Reklam