» » » "Tufan"ın gücü" "Gənclik"ə yetmədi - bu dəfə cəmi 3 qol (FOTO)

"Tufan"ın gücü" "Gənclik"ə yetmədi - bu dəfə cəmi 3 qol (FOTO)

"Tufan"ın gücü" "Gənclik"ə yetmədi - bu dəfə cəmi 3 qol (FOTO)Bu gün Region Liqasının XII turu çərçivəsində, Paytaxt Regionunun Şimal Zonasında keçirilmiş "Tufan" (Xırdalan) - "Gənclik" İK qarşılaşmasında meydan sahibləri 3:0 hesablı, heç də asan olmayan qələbə qazanıblar. 
 
Premyer.az xəbər verir ki, I dövrənin V turunda bu komandalar arasındakı ilk qarşılaşmada, səfərdə "Gənclik" üzərində 2:11 hesablı inamlı qələbə qazanmış xırdalalnlılar, bu dəfə daha güclü müqavimətlə üzləşiblər. Bunun əsas səbəbkarlarından biri isə, sözsüz ki, bakılıların yeni qapıçısı İlkin Fərhadov olub (Red: Fotoya bax). Ötən tur yeni komandasının heyətində debüt edən gənc qolkiper, bu dəfə komandasını bir neçə 100 %-lik qoldan xilas edərək, oyunun acınacaqlı hesabla bitməsinə mane olub.
 
Qalib komandanın heyətində isə qollara - Kamram Kərimov, Coşqun Canımov və İsmayıl Nəzərov imza atıblar. 
 
Region Liqası, XII tur
10.02.2019
"Tufan" (Xırdalan) 3-0 "Gənclik" İK
 
Rauf İskəndərov / Premyer.az
Fotoda: qapıçı İlkin Fərhadov ("Gənclik" İK)
"Tufan"ın gücü" "Gənclik"ə yetmədi - bu dəfə cəmi 3 qol (FOTO)
270     
Reklam

Reklam