» » » Region Liqası, XII tur: "Şəki" - "Energetik" qarşılaşmasında 4 cavabsız qol

Region Liqası, XII tur: "Şəki" - "Energetik" qarşılaşmasında 4 cavabsız qol

Region Liqası, XII tur: "Şəki" - "Energetik" qarşılaşmasında 4 cavabsız qolRegion Liqasının XII turu çərçivəsində Şimal - Qərb Regionunun Qərb Zonasında bu gün keçirilmiş "Şəki" - "Energetik" qarşılaşmasında qapılara 4 qol vurulub. Premyer.az xəbər verir ki, qolların hamısı Mingəçevir təmsilçisinin adına yazılıb. Belə ki, qonaq komandanın heyətində Tural Məmmədzadə dubl edib, Kamran Həsənzadə və Samir Əliyev isə hərəyə bir dəfə fərqləniblər. 
 
Liderlik uğrunda "Göyəzən"lə mübarizə aparan "Energetik", xallarını 24-ə çatdırıb. "Şəki" isə 3 xalla sonuncu pillədə qərarlaşıb.
 
REGİON LİQASI, XII tur
10.02.2019
"Şəki" 0-4 "Energetik" FK (Mingəçevir)
Qollar: Kamran Həsənzadə, Tural Məmmədzadə (2), Samir Əliyev.


Rauf İskəndərov / Premyer.az
164     
Reklam

Reklam